Türkiyə sərhədlərinə doğru irəliləməkdə olan İŞİD yaraqlıları ilə döyüşlər davam edir.
ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin hava hücumlarının müşayiəti ilə kürd döyüşçülər Kobani şəhəri uğrunda mübarizə aparır.
Hücumlar 160 min suriyalının Türkiyə sərhədlərini keçməyə vadar edib.
Koalisya qüvvələri İŞİD-in hədəflərini həftələrdir bombalasa da, çox az nailiyyət əldə edilib.
Türkiyə də Kobaninin yaraqlıların əlinə keçməməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Dünən Ağ Ev Türkiyə parlamentinin Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar qərarını alqışlayıb.
Avstraliyanın Nazirlər Kabineti də İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirən koalisiya qüvvələrinə qoşulmaq qırarını təsdiq edib.
Baş nazir Toni Abbot bildirib ki, Avstraliya ekstremist qruplaşmanın məğlubiyyəti marağındadır.
Avstraliya artıq İraqdakı əməliyyatlara yardım məqsədi ilə 400 nəfərlik hava qüvvəsi, 200 xüsusi təyinatlı əsgər və 11 qırıcı təyyarəsini Birləşmiş Ərəb Əmirliklərinə yerləşdirib.
Ağ Evin sözçüsü Coş Ernest Avstraliya, Danimarka və Hollandiyanın əməliyyatlara qoşulma qərarına görə təşəkkürünü bildirib.