Accessibility links

Britaniya İslam Dövləti qrupuna qarşı hava hücumlarına qoşuldu


Britaniya İslam Dövləti qrupuna qarşı İraqda ilk hava hücumunu həyata keçirib. Britaniyanın Müdafiə nazirliyi sosial mediada açıqladığı mesajında döyüş təyyarələrinin militantların ağır silah anbarına atəş açdığını bildirib.

Bununla Britaniya ABŞ-ın başçılığı ilə Avropa və ərəb ölkələrindən ibarət hərbi koalisiyada ilk dəfə hava hücumları keçirib.Kürd döyüşçülər İraq hərbi qüvvələrinin dəstəyi ilə İslam Dövləti qrupunun mövqelərinə atəş açıb. ABŞ-ın başçılığı ilə koalisiya bu gün 11 hava hücumu keçirib.

ABŞ-ın Mərkəzi Komandanlığı bu gün Suriyada da hava hücumları kampaniyasının davam etdirildiyini bildirib. Pilotsuz idarə edilən təyyarələr hərbi artilleriya və raket qurğuları daxil olmaqla, Türkiyə ilə sərhəd yaxınlığındakı Kobane şəhərinin ətrafında 11 yerdə hava hücumları keçirib.

XS
SM
MD
LG