Əl-Qaida təşkilatı artıq 2001-ci il, 11 sentyabr hücumları miqyasında hücum həyata keçirmək iqtidarında deyil. Bu qənaətlə ABŞ-ın kəşfiyyat və əks-terrorizm rəsmiləri çıxış ediblər.
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Robert Kardillonun sözlərinə görə ABŞ hökumət ekspertləri inanırlar ki, gələn il kimyəvi, bioloji və ya atom silahından istifadə edilməklə ABŞ-da hücum törədiləcəyi ehtimalı azdır.
Kardillo və başqa ABŞ rəsmiləri bu bəyanatı jurnalistlərlə Əl-Qaidanın hazırkı imkanlarına həsr olunmuş telekonfrans zamanı veriblər.
Kardillo deyib ki, Ərəb Baharının başlanması il Əl-Qaidanın missiyasına ağır zərbə dəyib. Belə ki, diktatorlara qarşı ayağa qalxan ərəblərin böyük kəsimi Əl-Qaidanın islamçı agendasını və zorakı mahiyyətini rədd edir.
Hərçənd ki, ABŞ rəsmiləri Əl-Qaidanın strateji baxımdan məğlub edildiyini demirlər, onlar hesab edirlər ki, terror şəbəkəsinin 2001-ci ildə əlində olan resursları artıq yoxdur.