ABŞ-ın kredit reytinqi endirildi

  • Amerikanın səsi

ABŞ-ın kredit reytinqi endirildi

Standard & Poor kredit reytinq agentlyi ABŞ-ın kredit reytinqini ilk dəfə olaraq “AAA”-dan “AA+”a endirib.

S&P son qərarını Konqresin borc situasiyası ilə bağlı durumu sabitləşdirmək üçün kifayət qədər iş görməməsi ilə əlaqələndirib.

Agentliyin cümə günü atdığı addım, öz sözlərinə görə, “Amerika siyasi mexanizmi və təsisatlarının effektivliyi, sabitliyi və proqnozlaşdırılma qabiliyyətinin zəifliyi” ilə əsaslandırılır. Agentliyin bəyanatında bildirilir ki, zəifləmə hal-hazırda davam edən iqtisadi sınaqlar vaxtına təsadüf edir.

S&P yeni reytinqin perspektivini “neqativ” adlandırıb ki, bu, da o deməkdir ki, qarşıdakı iki il ərzində növbəti endirim baş verə bilər.