Accessibility links

ABŞ siyasi liderləri reytinq endiriminə reaksiya verirlər


ABŞ siyasi liderləri reytinq endiriminə reaksiya verirlər
ABŞ siyasi liderləri reytinq endiriminə reaksiya verirlər

ABŞ prezidenti Barak Obama deyir ki, seçkili liderlər ölkənin kredit reytinqinin endirilməsindən sonra daha yaxşı işləməlidirlər.

Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ölkənin nəhəng defisitini azaltmaq üçün əldə olunan razılıq bu istiqamətdə mühüm ilk addımdır. Bəyanatda qanunvericilır partiya maraqlarını kənara qoyaraq ABŞ iqtisadiyyatını gücləndirməyə çağırılır.

Ağ Evin reaksiyası Standard & Poor agentliyinin ABŞ-ın kredit reytinqlərini “AAA”-dan “AA+”a endirməsindən sonraya təsadüf edir.

Nümayəndələr Palatasının spikeri, Respublikaçı John Boehner reytinq endirimini on illərlə davam edən bədxərcliklə izah edib. O, Demokratları çətin seçimlər etməkdən boyun qaçırmaqda günahlandırıb.

XS
SM
MD
LG