ABŞ-ın borc limiti planı rədd edildi

  • Amerikanın səsi

ABŞ-ın borc limiti planı rədd edildi

Demokratların nəzarətində olan ABŞ Senatı respublikaçıların nəzarəti altında olan Nümayəndələr Palatsının təsdiq etdiyi planı rədd edib. ABŞ-ın 14.3 trilyon dollar həcmində borc tavanının qaldırmasını nəzərdə tutan plan 51 əleyhinə, 46 lehinə səslə rədd edilib.

“Kəs, Qapat və Balanslaşdır Aktı” Konqresdən həmçinin balanslı federal büdcəyə dair Konstitutsiya düzəlişi qəbul etməyi tələb edir. Bu düzəliş ştat qanunvericiləri tərəfindən təsdiq olunmalıdır.

Bu qanun artıq Nümayəndələr Palatasında qəbul olunub, amma Senatın plana səs verməyəcəyi güman edilir. Senat çoxluğunun lideri Harry Reid planı “zəif və mənasız” adlandırıb. Prezident Obama isə ona veto qoyacağını vəd edib.