İranla danışıqlar şənbəyə keçirildi

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana İranın nüvə danışıqlarında nümayəndəsi Əli Laricani ilə şənbə günü görüşəcəyini deyib, amma görüşün harada baş tutacağını açıqlamayıb.

Bu, BMT Təhlükəsizlik Şurasının İranın uranın zənhginləşdirilməsi proqramını dayandırması üçün qoyduğu müddətin bitməsindən bəri ilk görüşdür.

Bu gün dünyanın iri dövlətlərinin nümayəndələri Berlində görüşərək, İranın nüvə proqramını dayandırmaq tələbinə etirazına mümkün reaksiyanı müzakirə edib. Xatırladaq ki, Birləşmiş Ştatlar İrana qarşı sanksiyaların tərəfdarıdır. Rusiya və Çin isə bu qərara etiraz edir.