Beynəlxalq Amnistiya: Livandakı münaqişəni beynəlxalq istintaq araşdırmalıdır

Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı İsraili Livandakı mülki obyektlərə qarşı bilərəkdən və sistemsiz hücumlara görə kəskin tənqid edib. İsrail bu tənqidləri rədd edib.

Livanda yerləşən yaraqlı Hizbullah təşkilatı 2 İsrail əsqərini oğurladığdan sonra, İsrail təşkilatı ləğv etmək məqsədi ilə torpaqdan, dənizdən və havadan genişmiqyaslı hücumlara başlayıb. Bir ay ərzində İsrail Livanı atəşə tutmuş, Hizbullah isə əvəzində İsrailin şimalına Katyuşa tipli raketləri atıb. Ehtimallara görə, münaqişə zamanı 1000 nəfər mülki vətəndaş öldürülüb və Livanın infrastrukturu dağıdılıb.

Amnesty İnternational təşkilatının Livan missiyasının rəhbəri Donatella Rovra "Amerikanın səsi"nə deyib ki, həm İsrailin, həm də Hizbullahın münaqişə zamanı əməliyyatlarının müstəqil ekspertlər tərəfindən araşdırılmasına ehtiyac var. "Konkret hücumlar barədə və istifadə olunmuş metodlar barədə qərar vermiş insanlar öz həkətlərinə qörə cavabdehlik daşımalıdırlar. Məhz ona görə biz, İsraili və Hizbollahın həyata keçirdiyi hücumları barədə beynəlxalq istintaq aparılmasına çağırırıq."

Amnesty İnternational təşkilatının hesabatına cavab olaraq, Britaniya televiziyasında çıxış etmiş İsrailin xarici işlər nazirliyinin nümayəndəsi Orli Gil hücumlar zamanı mülki vətəndaşların nişan alınması barədə ittihamı rədd edib.

Xatırladaq ki, atəşkəs keçən həftə qüvvəyə minib, lakin Birləşmiş Millətlər Təşkilatı sülhpərvər qüvvələrini formalaşdırsa da, İsrail əsgərləri hələ də Livanda qalmaqdadır.