Fələstinin baş naziri iki Qərb jurnalistinin oğurlanmasını pisləyərək, onları azad etməyə çağırıb. İsmayıl Haniyə bu gün deyib ki, fələstinlilərin mübarizəsi hər zaman Birləşmiş Ştatlara deyil, İsrailin işğalına qarşı yönəlib.
Amerikalı jurnalist Stiv Centani və onun Yeni Zelandiyalı həmkarı Olaf Viqi girov götürdüyünü bildirən Müqəddəs Cihad Briqadası, onların azad olunması müqabilində Birləşmiş Ştatların müsəlman məhbusları azad etməsini tələb edib.
İsmayıl Haniyə Olaf Viqin xanımı Anita Maknautla görüşüb. Anita Maknaut Amerikanın Foks Nyus çəbəkəsində işləyən hər iki jurnalistin azad olunmasına çağırıb.
Digər xəbərlərə görə, İsrail qüvvələri Qəzza zolağında keçirdikləri reyd zamanı Həmas lideri Yunis Əbu Dəqqanı həbs edib, onun qardaşını isə öldürüblər.