Accessibility links

Fələstin rəsmiləri girov jurnalistlərin sağ-salamat olduğunu deyir


Fələstin muxatar idarəsinin daxili işlər naziri Xalid Əbu Hilal bildirir ki, avqustun 14-də Qəzzə zolağında girov götürülən iki əcnəbi jurnalist sağ və salamatdır.

Lakin o, bu məlumatı hansı mənbədən əldə etdiyi barədə açıqlama verməyib. Muxtar idarənin sözçüsü Qazi Həməd isə deyib ki, o jurnalistlər barədə gələcək bir neçə gün ərzində xoş xəbər əldə edəcəyini ümid bəsləyir.

Amerikanın Foks xəbərlər şirkətinə işləyən Amerika jurnalisti Stiv Centani və Yeni Zelandiyalı operator Olaf Viiq avqustun 14-də Qəzzada oğurlanıblar. Özünü Müqəddəs Cihad briqadası adlandıran qrup əməliyyata görə məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG