Bir sıra ekspertlər 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan hava yollarına məxsus təyyarənin Aktauda enməyə çalışarkən qəzaya uğramasından sonra Azərbaycan və Rusiya arasında gərginliyin yarandığını qeyd edir. Azərbaycan və Rusiya prezidentləri arasında iki telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin hadisə ilə əlaqədar təəssüfünü bildirib və üzr istəyib. Lakin Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın üzrxahlıq, faciəyə görə məsuliyyəti etiraf etmək, günahkarların cəzalandırılması və Azərbaycan dövlətinə və bütün zərərçəkənlərə təzminat ödənilməsi kimi üç tələbdən yalnız birini yerinə yetirdiyini bildirib. Bununla belə ekspertlərin çoxu Rusiya və Azərbaycan arasında münasibətlərdə kəskin dəyişiklik olacağını gözləmədiklərini bildirir. Maynts universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Amerikanın Səsinə müsahibədə Azərbaycan və Rusiya arasında münasibətlərin dinamikası, Ukraynada müharibənin Rusiyanın regionda nüfuzuna təsiri və ABŞ-da hakimiyyətə gələcək yeni Tramp administrasiyasının Rusiya və regionla bağlı siyasətindən gözləntilər barədə danışıb.
Azərbaycan və Rusiya arasında münasibətlərin dinamikası - Zaur Qasımov şərh edir
Your browser doesn’t support HTML5
Maynts universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Amerikanın Səsinə müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin dinamikası, Ukraynada müharibənin Rusiyanın regionda nüfuzuna təsiri və ABŞ-ın yeni administrasiyasının Rusiya və regionla bağlı mümkün siyasəti haqda danışıb.