Miyana şəhərində Azərbaycan Polad Zavodunun işçiləri tətil keçirib

Şərqi Azərbaycan vilayəti

İranın Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində yerləşən Azərbaycan Polad Zavodunun işçiləri maaş gecikmələrinə etiraz olaraq tətil keçirir.

Zavodun işçiləri maaşlarının gecikdirilməsi və tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq aksiya keçirib və tətil elan ediblər. İşçilər istehsalat prosesini dayandıraraq, tələblərinə cavab verilməyənədək işə davam etməyəcəklərini bildiriblər.

Bu etirazlar İranın müxtəlif bölgələrində zavod və şirkətlərin işçilərin maaşlarını vaxtında ödəyə bilməməsi fonunda işçi sinfinin iqtisadi təzyiqlərlə üzləşdiyini və mövcud əmək şəraitindən narazı olduğunu açıq şəkildə göstərir.

Təbrizdə "Səhənd Cam" və "Səhənd Flot" şirkətlərinin işçiləri də tətil elan edib

Dekabrın 17-də Təbrizdə "Səhənd Cam" və "Səhənd Flot" şirkətlərinin bir qrup işçisi də öz tələblərinə məhəl qoyulmamasına etiraz olaraq gündəlik fəaliyyətlərini dayandırıb.

Azad İşçilər İttifaqı Telegram kanalında yayımlanan məlumata görə, tətil aşağı maaşların və əməkhaqqının vaxtında ödənilməməsinə etiraz olaraq təşkil edilib. İşçilər maliyyə problemlərinin həlli üçün məsul şəxslərin daha ciddi addımlar atmasını tələb edirlər.

SEE ALSO: Əmək fəalı: "İşçilərin güzəranının Əmək Nazirliyi üçün heç bir əhəmiyyəti yoxdur"

Son etiraz və tətil aksiyaları işçi təbəqəsinin iqtisadi çətinliklər və əməkhaqqı ilə bağlı problemlər qarşısında nə qədər ağır vəziyyətdə olduğunu göstərir.