Accessibility links

Şərqi Azərbaycan vilayətində bir fabrikin 200 əməkdaşı işsiz qalıb


Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi
Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi

Ötən qışdan Təbriz yaxınlığındakı qida istehsalı fabrikinin ən az 200 işçisi fabrikin bağlanması səbəbindən işsiz qalıb.

Yarı-rəsmi İLNA xəbər agentliyi Təbrizin cənub-qərbində yerləşən Mamağan sənaye şəhərciyində qida istehsalı fabrikinin ötən qışdan bağlanması səbəbindən ən az 200 işçisinin 6 aydan çoxdur işsiz qaldığını bildirib.

Fabrikin bağlanması keçmiş sahiblərin şikayəti və Təbriz məhkəməsinin qərarı ilə həyata keçirilib. Məhkəmə qərarı ilə bağlanan fabrikin işçiləri isə bu müddət ərzində işsiz qalıb.

Fabrikin keçmiş sahibləri satılan fabrikin məbləğinin tamamını ala bilmədikləri üçün məhkəməyə şikayət verib.

İşçilər isə fabrikin yenidən fəaliyyətə başlaması üçün məhkəməyə müraciət ediblər. Onlar məhkəmə sistemindən problemin həll edilməsini və fabrikin təkrar işə başlaması üşün qərar verməsini tələb edir.

İranda işçi sinfinin vəziyyəti və iş şəraiti problemlərlə dolu bir mövzudur. Əmək qanunvericiliyinin icrasında müxtəlif nöqsanlara yol verilməsi, işçilərin hüquqlarının pozulması, əlverişli iş şəraitinin olmaması ilə bağlı işçilərin hüquqlarını müdafiə edən təşkilat və birliklərdən geniş etiraz və şərhlər səslənir.

Maaşların vaxtında verilməməsi, sağlamlıq və təhlükəsizlik baxımından bərbad şəraitdə işləmək bu sahədə işçilər üçün əsas problemlərdən ibarətdir.

Forum

XS
SM
MD
LG