Accessibility links

Təbriz kombayn zavodunun işçiləri 4 aydır maaş almayıb


Təbrizdə Səhənd kombayn zavodunun işçiləri keçən fevral ayından bəri maaş almadıqlarını deyirlər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi kombayn zavodundakı iş şəraitinin yaxşı olmadığını və maaşların 4 aydır ödənilmədiyini bildirib.

Zavod işçilərinin adından danışan bir işçi maaşların gecikməsindən əlavə işçilərin ixtisar olunduğu ilə bağlı məlumat verib.

"Həmkarları adından daşınan işçi rəsmilərin məsələyə müdaxilə etməsini və fabrikin problemlərinə diqqət yetirilməsini istəyib. O, deyib ki, 10 il öncəyə qədər təqribən 500 nəfər bu zavoda çalışırdı. Ancaq, maliyyə problemlərinin artması ilə birlikdə işçilər ixtisar olundu və hazırda zavodun sadəcə 50-55 işçisi var," deyə, İLNA agentliyinin xəbərində qeyd edilib.

İşçinin sözlərinə görə, "illərlə kənd təsərrüfatı kombaynları, sandviç panellər və hər çeşit konteyner istehsalı ilə məşğul olun böyük zavod, hazırda di bir podşipnik fabrikinə çevrilib.

XS
SM
MD
LG