Accessibility links

Əmək fəalı: "İşçilərin güzəranının Əmək Nazirliyi üçün heç bir əhəmiyyəti yoxdur"


Iranda bir dəmir-polad zavodunda işləyən işçi
Iranda bir dəmir-polad zavodunda işləyən işçi

İranın Şərqi Azərbaycan vilayətinin İslami Əmək Şuralarının Koordinasiya Mərkəzinin müavini Həbib Sadıqzadə İLNA (Iranian Labour News Agency) xəbər agentliyinə müsahibəsində deyib ki, keçən il baharda rəsmi inflyasiyanın 40%-dən yuxarı olduğu və rəsmi minimum istehlak səbətinin 13 milyon tümən müəyyən edildiyi bir şəraitdə işçilərin maaşlarının 27% artırılması göstərdi ki, işçilərin dolanışığı Əmək Nazirliyi və hökumət kabineti üçün heç bir əhəmiyyət kəsb etmir.

Sadiqzadənin sözlərinə görə, hökumət keçən il işçilərin minimum əmək haqqının 27% artırılması ilə bağlı razılaşmanın müqabilində inflyasiyaya nəzarət edəcəyini vəd etmişdi, lakin bu, baş tutmadı, üstəlik, qızıl və valyuta məzənnələrinin artması, inflyasiyanın daha da artmasına səbəb oldu.

Sadıqzadənin dediyinə görə, yaşayış xərclərini təmin edə bilməyən işçilər fabriklərdə işləmək istəmirlər və beləliklə marjinal işlərdə işləyib minimum əmək haqqından az da olsa, bir az daha çox qazanmaq istəyirlər.

İşçilər illərdir İranda məşğulluq təminatının olmaması ilə bağlı problemlə üzləşir. İşçilər qısamüddətli müqavilələrdən, məşğulluq təminatının olmamasından, dərhal və əsassız yerə işdən çıxarılmalardan əziyyət çəkirlər.

Bu il işçilərin minimum aylıq əmək haqqı 35% artaraq 11 milyon 107 min tümən müəyyən edilib ki, bu da təxminən 180 dollara bərabərdir.

Hökümətin müəyyən etdiyi minimum əmək haqqının aşağı olması işçiləri fabriklərdə işləmək əvəzinə səyyar satıcılıq və ya digər marjinal işlərə üstünlük verməyə vadar edib.

Forum

XS
SM
MD
LG