Accessibility links

Qərbi Azərbaycan vilayətində işçi təbəqənin 80%-i gecəqondu sakinidir


İranda iş gözləyən mmövsümi işlərdə çalışan İşçilər
İranda iş gözləyən mmövsümi işlərdə çalışan İşçilər

Urmiyə Fəhlələr Evinin icra heyətinin keçmiş üzvü Daniş İsmaili Qərbi Azərbaycan vilayətində işçilərin məişət şəraiti ilə bağlı İLNA xəbər agentliyinə danışıb.

Onun dediyinə görə, hazırda vilayətdə işçilərin 80%-nin uyğun mənzilləri yoxdur və gecəqondularda qeyri-standart mənzillərdə yaşayırlar.

O, həmçinin İranın əmək qanunlarına işarə edərək bildirib ki, işçilərin minimum əmək haqqı illik inflyasiya ilə mütənasib olmalıdır, lakin 47%-lik yüksək inflyasiyaya baxmayaraq, işçilərin maaşları cəmi 27% artıb.

İsmaili ölkədə fəhlələrin minimum əmək haqqının inflyasiyaya uyğun olaraq müəyyən edilməməsini fəhlələrə qarşı ədalətsizlik olduğunu hesab edib.

Bu əmək fəalı vilayətdə fəhlə sinfinə dəstək üçün təsirli tədbirlər görməyən əmək təşkilatlarını da tənqid edib.

Rəsmi dövlət xəbər agentliyi İRNA-nın yazdığına görə, Qərbi Azərbaycan vilayətinin əhalisinin 40%-i işçilərdir. İşçilərin əmək haqqının aşağı olması, fəhlə sinfi üçün mənzil almaq imkanının əlçatmazlığı, iş yerində təhlükəsizlik şəraitinin olmaması bu təbəqənin problemlərindəndir.

Forum

XS
SM
MD
LG