COP29 məkanında Ukraynaya dəstək aksiyası keçirilib

Ukraynaya dəstək askiyası

Noyabrın 14-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirldiyi məkanda bir qrup fəal Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları işğalçı müharibə aparan ölkələri neftlə və silahlarla təchiz edən dövlətlərə də etiraz edib.

Ukraynaya dəstək askiyası

Askiya zamanı “Mədən yanacağından sülhə keçid!”, “Müharibə cinayətlərinə son!”, “Təcavüzkarın cəzasını verin!”, “Barış üçün mədən yanacağını mərhələli şəkildə dayandırın!”, “Mədən yanacağından müharibə əleyhinə fonda! və başqa şüarlar qaldırlıb.