Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qədim İbrahimov Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçu hospitala yerləşdirilib.
Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək 369 nəfər vətəndaş mina partlayışından zərər çəkib, 3 nəfər jurnalist daxil olmaqla, 69 nəfər həlak olub.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.