Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin iqlim konfransı COP29 keçiriləcək. Bakı sammitində Paris iqlim sazişinin növbəti mərhələsinin həyata keçirilməsi müzakirə ediləcək. Beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi məsələləri üzrə birgə əməkdaşlığına imkan verən bu tədbirdə əsas diqqət qlobal istiləşmənin nəzarətdə saxlanması və iqlim dəyişikliyi ilə mübarizə aparan inkişaf etməkdə olan ölkələr üçün maliyyənin təmin edilməsinə yönəldiləcək. İqtisadçı Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibədə COP29-dan gözləntilər və Azərbaycanın təmiz enerjiyə keçid üçün öhdəlikləri haqda danışıb.
Bakıda COP29 iqlim sammitindən gözləntilər - İqtisadçı Zöhrab İsmayıl şərh edir
Your browser doesn’t support HTML5
İqtisadçı Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibədə Bakıda noyabrın 11-dən 22-dək keçiriləcək BMT-nin COP29 iqlim konfransından gözləntilər və Azərbaycanın təmiz enerjiyə keçid üçün öhdəlikləri haqda danışıb.