İran İslam Respublikası Suriyadakı konsulluğunun İsrail tərəfindən bombalanmasına cavab olaraq aprelin 13-də pilotsuz təyyarələr və raketlərlə birbaşa İsrailə hücum etmişdi.
Amerikanın Səsinə danışan siyasi fəal Babək Çələbiyanlı hesab edir ki, İran Həmasın siyasi bürosunun lideri İsmail Həniyənin Tehranda öldürlməsinə də oxşar bir təpki verəcək. Elə bir təpki ki, Çələbiyanlının sözlərinə görə, İranı geniş çaplı bir müharibəyə daxil etməsin.
Your browser doesn’t support HTML5
“[1979] İslam İnqilabından sonra İran ilə İsrailin arası hər zaman gərgin olub. Amma, son illərdə görürük ki, bu gərginlik daha da artıb. İsrail İranın nüvə alimlərini Tehranda hədəf alır, o cümlədən Tehrani Müqəddəm və Fəxrizadə kimi. Və ya nüvə proqramı ilə bağlı tonla sənədləri Tehrandan çıxarıb aparır. Suriyada İranın əsgərlərini və konsulluğunu hədəf alır. Ən sonu da, Pezeşkianın andiçmə mərasimin axşamı İsmail Həniyəni hədəf alır. Əlbəttə İsrail bunu rəsmi şəkildə üstünə almayıb,” siyasi fəal söyləyir
SEE ALSO: HƏMAS lideri İsmayıl Haniyə Qətərdə dəfn edildiÇələbiyanlı Həniyə olayı ilə İranın təhlükəsizlik sahədə zəifliklərinin ciddi şəkildə ortaya çıxdığını önə çəkir:
“Bu olayı neçə aspektdən dəyərləndirmək olar. Birincisi, görürük ki, İran Ettelaatının təhlükəsizlik zəifliyi və açığı var. Yəni demək ki, İsrail istədiyi anda, istədiyi adamı İranın paytaxtında aradan götürə bilir və ya istədiyi yerləri hədəf ala bilir. Bu da onu göstərir ki, demək Ettelaat içində İsrailin casus və ya casusları vardır. Bu da bir ölkənin imici üçün, bir ölkənin təhlükəsizlik büroları üçün xoşagəlməz durumdur.”
O, mətbuatda olayla bağlı ziddiyyətli açıqlamaların yayılmasına diqqət çəkərək deyir, “günlər keçib və İrandan olayla bağlı rəsmi şəkildə heç bir açıqlıq gətirilməyib. Kimisi deyir, bomba qoyulub, kimisi raket ilə vurublar deyir. Kimisi də deyir qonşu ölkələrdən hədəf alınıb. Çoxlu ssenarilər ortaya qoyulur. Bu günə qədər bununla bağlı açıqlıq gətirilməməsi və ya açıqlıq gətirə bilməmələri də özü bir kəşfiyyat zəifliyidir. Bu göstərir ki, İran o qədər də ki gendən görünür güclü deyil.”
SEE ALSO: Rza Talibi: İslam Respublikasının ölkə daxilində Qəzza üzrə yürütdüyü propaqanda nəticə vermədiBabək Çələbiyanlı İranın İsrailə aprelin 13-dəki hücumuna diqqət çəkərək əlavə edir, “o hücumda İranın atdığı raketlərin 90 faizi heç İsrailə çatmadı. Çatanlar da heç bir işə yaramadı. Bu da göstərir ki, İran çox maraqlı deyil yeni bir savaşa girsin. Ona görə, mən deyə bilərəm, keçmişdəki o dron və raket hücumunun daha çox daxili məsrəfi var idi... Bu dəfə də İranın təpkisi ona bənzər də ola bilər və ya İranın dəstəklədiyi qruplar tərəfindən bir və ya bir sıra İsrailli diplomatlar hədəf alına bilər. Əlbəttə İran Türkiyədə çalışmışdı ki, İsrailli tacirləri hədəf alsın, amma Türkiyə kəşfiyyatı İranın fəaliyyətinin qarşısını almışdı. İran çalışır ki, İsrailə bir cavab verisn amma eyni zamanda istəmir geniş çaplı bir savaşın içinə girsin.”