Accessibility links

HƏMAS lideri İsmayıl Haniyə Qətərdə dəfn edildi


Qətər cümə günü HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra yas mərasimləri keçirib.

Fələstin silahlı qrupunun siyasi rəhbəri Haniyə HƏMAS-ın siyasi ofisinin digər üzvləri ilə birlikdə Dohada yaşayırdı. O, qazla zəngin əmirliyin İmam Məhəmməd bin Əbdül Vəhhab məscidində qılınan cənazə namazından sonra Qətərin paytaxtının şimalındakı Lusail qəbiristanlığında dəfn edilib.

Onun öldürülməsi qisas çağırışlarına səbəb olub.

HƏMAS bildirib ki, tədbirlərdə “ərəb və islam liderləri”, eləcə də digər Fələstin fraksiyalarının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edir.

İran İnqilabı Keşikçiləri Qvardiyasının bildirdiyinə görə, Həniyə və bir cangüdəni çərşənbə günü səhər tezdən Tehranda yaşadıqları yerlərə edilən hücumda həlak olublar. O, çərşənbə axşamı prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.

İranda cümə axşamı İsmayıl Haniyənin matəm mərasimi keçirilib. Mərasimdə İranın yeni prezidenti Məsud Pezeşkianla birlikdə İranın ali dini lideri Ayətullah Əli Xameneyi də iştirak edib.

Türkiyə və Pakistan cümə günü Haniyənin şərəfinə matəm, HƏMAS isə eyni vaxtda " qəzəb günü" elan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG