Miyandab İnqilab Məhkəməsinin 4 saylı şöbəsi milli fəal Vəliüllah Zöhrabiyə bir il müddətinə ittihamın dayandırılması haqqında qərar çıxarıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, daha əvvəl may ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmış və iyun ayında zaminə buraxılan milli fəal Vəliüllah Zöhrabi "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq" ittihamı ilə mühakimə edilib.
Miyandab (Qoşaçay) Ümumi və İnqilab Prokurorluğunun müstəntiqi tərəfindən verilən hökmə əsasən, cinayət qanunlarının maddələrinə və iddiaçının olmamasına əsaslanaraq, təqsirləndirilən şəxsin təqibinin dayandırılmasına dair qərar çıxarılıb.
SEE ALSO: Siyasi fəal Vəliüllah Zöhrabi Qoşaçay həbsxanasından zaminə buraxılıbQərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərinin sakini Zöhrabi İranda azərbaycanlıların hüquqları ilə bağlı dinc fəaliyyətinə görə 2021 və 2022-ci illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərlə üzləşib.