Accessibility links

Siyasi fəal Vəliüllah Zöhrabi Qoşaçay həbsxanasından zaminə buraxılıb


Vəliüllan (Oxtay) Zöhrabi (Foto: Araz News Telegram kanalı)
Vəliüllan (Oxtay) Zöhrabi (Foto: Araz News Telegram kanalı)

Azərbaycanlı siyasi fəal Vəliüllah Zöhrabi Qoşaçay (Miandab) həbsxanasından zaminə buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Araz News Telegram kanalının yaydığı məlumata görə, türk siyasi fəal Zöhrabi məhkəmənin yekun hökmünə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Vəliüllah (Oxtay) Zöhrabi mayın 23-də təhlükəsilzik qüvvələri tərəfindən həbs olunaraq, bu şəhərin həbsxanasına köçürülmüşdü.

O, bundan əvvəl mayın 12-də təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və təcridxanada bir neçə saat dindirilmişdi.

Bu milli fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.

Zöhrabi, İranda azərbaycanlıların hüquqları ilə bağlı dinc fəaliyyətinə görə 2021 və 2022-ci illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərlə üzləşib.

Forum

XS
SM
MD
LG