Accessibility links

Siyasi fəal Vəliüllah Zöhrabinin həbsxanada saxlanıldığı bildirilir


Vəliüllah Zöhrabi (Mənbə: Araz News Telegram kanalı)
Vəliüllah Zöhrabi (Mənbə: Araz News Telegram kanalı)

Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan siyasi fəal mayın 23-dən həbsdədir.

Araz News Telegram kanalında dərc olunan məlumata görə, Vəliüllah Zöhrabi (Oxtay) mayın 23-də Qoşaçay şəhərinin kəşfiyyat İdarəsi tərəfindən həbs edilib və dindirildikdən sonra bu şəhərin həbsxanasına köçürülüb.

Bu xəbərə görə, o, təhlükəsizlik qüvvələri tərəfindən tutularaq sorğu-sual edildikdən sonra bu şəhərin prokurorluğuna aparılıb, daha sonra isə Qoşaçay həbsxanasının karantin bölməsinə köçürülüb.

Bundan əvvəl mayın 12-də təhlükəsizlik qüvvələri bu azərbaycanlı siyasi fəalı çağıraraq İdarənin təcridxanasında bir neçə saat sorğu-suala çəkdikdən sonra buraxmışdılar.

Bu azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar hələ ki, məlum deyil. Onun karantin bölməsində saxlanıldığı üçün ailəsi və yaxınları ilə əlaqə saxlamasının mümkün olmadığı bildirilir.

Son aylarda İranın təhlükəsizlik qüvvələrinin azərbaycanlı milli fəallara qarşı təzyiqləri kəskin şəkildə artıb. İndiyədək onlarla fəal həbs edilib və onlardan bir sırası ağır təhlükəsizlik ittihamlar ilə üzləşiblər.

Forum

XS
SM
MD
LG