İranın sərhəd vilayətlərinin çoxunda təhsil səviyyəsi aşağıdır

İranda məktəb

İranın “Farhikhtegan” qəzetinin dərc etdiyi xəritə və hesabatlara əsasən, 2019-2020-ci tədris ilində İranın sərhəd vilayətlərində şagirdlərin orta buraxılış imtahanı balları İranın mərkəzi vilayətləri ilə müqayisədə xeyli aşağıdır. Həmin tədris ili ilə əlaqədar yayımlanan məlumata görə, Xuzistan, Qərbi Azərbaycan, Sistan və Bəlucistan vəvilayətlərində tələbələrin orta balları çox ölkənin mərkəz bölgələrində yerləşən vilayətlərlə müqayisədə xeyli aşağı olduğu müşahidə olunur.

Digər tərəfdən, Cənubi Xorasan, Yəzd və İsfahan vilayətləri digər vilayətlərlə müqayisədə nisbətən yüksək orta ballarla daha yaxşı vəziyyətdədir. Lakin hətta bu vilayətlər də təhsil keyfiyyəti baxımından ciddi problemlərlə üz-üzədir. Məsələn, ən yaxşı vilayət olan Cənubi Xorasanda tələbələrin orta balı cəmi 14,43-dür. İranda tələbələrin qiyməti 20-dən hesablanır.

Şərqi Azərbaycan və Zəncan vilayətlərində vəziyyət nisbətən yaxşıdır və orta ballar 10-13 arasındadır. Bu arada orta balı 9 ilə 10 arasında olan Ərdəbil vilayəti və 7 ilə 8 arasında olan Qərbi Azərbaycan vilayətinin vəziyyəti daha pisdir.

Bundan əlavə, İran Azərbaycanı vilayətlərinin ətrafındakı vilayətlər də oxşar problemlərlə üzləşir. Aşağı orta bal toplayan Gilan vilayəti və nisbətən uyğun olmayan orta bal toplayan Kürdüstan və Həmədan vilayətləri bu bölgələrdə təhsilin keyfiyyətinin aşağı olduğunu göstərir.

İranın mərkəzi vilayətlərində təhsilin keyfiyyətinin ana dili fars dili olmayan sərhəd vilayətlərdən yüksək olmasına baxmayaraq, ümumilikdə bu qəzetin yayımladığ hesabatda qeyd olunur ki, ölkədə təhsilin keyfiyyəti ümumilikdə son illərdə pandemiyadan sonra azalıb.

Bu yaxınlarda İran mətbuatında dərc olunan statistikaya görə, bütün İranda bir milyon şagird təhsili tərk edib.