ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallaşması üçün müstəsna imkan və potensial olduğunu bildirib. Blinken bu açıqlamanı bu həftə Vaşinqtonda Brukinqs İnstitutunda Birləşmiş Ştatların xarici siyasəti ilə bağlı çıxışı zamanı ABŞ-ın Cənubi Qafqazda siyasi məqsədləri haqda sualı cavablandırarkən verib. O bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub. Bu açıqlamalar həmçinin dövlət katibinin köməkçisi Ceyms O`braynın keçən ay Ermənistana və Azərbaycana ABŞ-ın iki ölkə arasında sülh sazişinə dəstəyini müzakirə etdiyi səfərlərindən sonra verilir. ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Vaşinqtonda diplomatların gözləntiləri haqda danışıb.
Blinkenin Azərbaycan-Ermənistan sülh prosesi haqda açıqlamaları - Jurnalist Ələkbər Raufoğlu ilə söhbət
Your browser doesn’t support HTML5
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallaşması üçün müstəsna imkan və potensial olduğunu bildirib. ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Vaşinqtonda diplomatların gözləntiləri haqda danışıb.