ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Ağ Evdə görüşdə alyansın Ukraynaya dəstəyi müzakirə ediblər. Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə maliyyə və hərbi dəstəyin NATO-nun iyulun əvvəlində Vaşinqtonda keçiriləcək sammitinin gündəmində əsas məsələlərdən biri olacağı gözlənilir. ABŞ dövlət katibi Antoni Blinken Stoltenberqlə birgə mətbuat konfransında bildirib ki, alyansın qarşıdan gələn sammitində əsas diqqət Ukraynanın uzunmüddətdə uğurunun möhkəmləndirilməsinə yönələcək. Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi elmi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə NATO müttəfiqlərinin Ukraynaya dəstəyi və Rusiyanın müharibədə strategiyası haqda danışıb.
Riçard Vaytz: Ukrayna və NATO tərəfdaşlarının müdafiə istehsalının artırılması prioritetdir
Your browser doesn’t support HTML5
Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə NATO müttəfiqlərinin Ukraynaya dəstəyi və Rusiyanın müharibədə strategiyası haqda danışıb.