Təbriz Mərkəzi Həbsxanasında məhbus olan üç siyasi məhbus Tehranın Evin həbsxanasında nəzarət altında saxlanılan fəalların aclıq aksiyasına dəstək verib.
Araz News saytının yaydığı xəbərə görə, Kərim İsmayılzadə, Milad Cəlili və Salar Tahir Əfşar yaxınlarına telefonla bildiriblər ki, Evin həbsxanası məhbuslarının işi ilə bağlı prosesdə dəyişiklik olmasa, onlara dəstək olaraq, aclıq aksiyasına başlayacaqlar.
Bu xəbərə görə, Təbriz Mərkəzi Həbsxanasında məhbus olan fəallar Evin həbsxanasında nəzarət altında saxlanılan azərbaycanlı fəalların tələbləri yerinə yetirilmədiyi təqdirdə, “yaxın günlərdə onlara dəstək olaraq aclıq aksiyası keçirəcəklərini” açıqlayıblar.
Evin həbsxanasında saxlanılan fəallardan üçü Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri bu gün aclıq aksiyasına başladığını ailələri ilə əlaqə saxladığı zaman bildiriblər.
SEE ALSO: Evin həbsxansında üç azərbaycanlı fəal aclıq aksiyasına başlayıbMilli fəal Kərim İsmayılzadə aprelin 17-də Təbrizdə həbs edilib və daha əvvəl Təbriz İnqilab məhkəməsinin ona qarşı çıxarıdığı 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb. Əvvəlki aclıq aksiyasından yaranan səhhətində müxtəlif problemlər olmasına baxmayaraq, Evin həbsxanasında saxlanılan fəallara dəstək verməyə və aclıq aksiyası keçirməyə hazır olduğunu açıqlayıb. Bundan əvvəl onun səhhətinin pisləşməsi ilə bağlı xəbər yayımlanmışdı.
Salar Tahir Əfşar və Milad cəlili müvafiq olaraq 6 ay və 8 aylıq həbs cəzasını çəkmək üçün iyun ayının ilk həftəsində Təbriz həbsxnasına köçürülüblər.