Accessibility links

Təbriz həbsxanasında saxlanılan siyasi fəal Kərim İsmayılzadənin səhhətinin pisləşdiyi bildirilir


Kərim İsmayılzadə
Kərim İsmayılzadə

Təbrizin mərkəzi həbsxanasında daha əvvəl məhkum olduğu 6 aylıq həbs cəzasını çəkməkdə olan siyasi fəal Kərim İsmayılzadənin səhhətinin pisləşdiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News xəbər saytı kimi mənbələrə istinadən, İsmayılzadə bu günlərdə həbsxananın klinikasına köçürülüb. Mənbələr aiyasi fəalın vəziyyətinin mədə qanaması üzündən ağırlaşdığını bildirib.

Araz News milli fəalın xəstəxana xaricində müalicəyə ehtiyacı olduğunu, ancaq lazımi dərmanlar və tibbi yardımdan məhrum edildiyini yazıb.

“Təbriz həbsxanasının məsulları İsmayılzadənin həbsxana xaricində və mütəxəssis həkim nəzarətində müalicə tələbini rədd edib və dərmanlarının ona çatdırılmasına icazə vermirlər,” mənbə bildirib.

İdmançı və siyasi fəal Kərim İsmayılzadə aprel ayının 17-də İranın təhlükəsilik qüvvələri tərəfindən nəzarət altına alınaraq daha əvvəl İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu 6 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi həbsxanasına göndərilib.

O, keçmişdə də fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb.

Forum

XS
SM
MD
LG