Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar tərəfindən müəllimlər həmkarlar ittifaqı fəalı Əli Hacının 6 ay müddətinə işdən kənarlaşıdırılması ilə bağlı hökmü qüvvədə saxlanılıb.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalının yaydığı məlumata görə, tədris ilinin son həftələrində və şagirdlərin imtahan zamanında Təhsil Nazirliyinin apellyasiya şurası, Əli Hacının 6 aylıq işdən kənarlaşdırma cəzasını qüvvədə saxlayıb.
Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar, Şərqi Azərbaycan vilayətinin culfa şəhərindən olan müəllim Əli Hacının, 6 ay müddətinə xidmətdən uzaqlaşdırılmasına qərar vermişdi.
Bu müəllimin barəsində çıxarılmış qərara şikayət etməsinin ardından, Təhsil Nazirliyinin apellyasiya şurası bu hökmü qüvvədə saxlamış, Təhsil İdarəsi isə bu hökmü müəllimə bildirməklə onun məktəblə münasibətinə xitam vermiş və əmək haqqını kəsmişdir.
Müəllimlər həmkarlar ittifaqı fəalı Əli Hacı, Instagram səhifəsində Təhsil Nazirliyinin apellyasiya şurasının verdiyi hökmün surətini paylaşıb. Bu vərəqədə, Əli Hacının sosial media hesablarında İranda 2022-ci il kütləvi etirazlarına dəstək olması, hökumətin repressiya siyasəti ilə bağlı paylaşdığı yazıları və müəllimləri etiraz mitinqləri təşkil etməyə təşviq etmə fəaliyyəti, dəlil olaraq göstərilib.
İranda müəllimlər hökumətin siyasətini tənqid və ya məşğulluq və yaşayış şəraitinə etiraz etdikləri üçün Təhsil Nazirliyi və təhlükəsizlik qüvvələrinin təzyiqi ilə üzləşirlər.