Accessibility links

İran Azərbaycanında müəllimlər həmkarlar ittifaqı fəalı müvəqqəti işdən kənarlaşdırılıb


Culfa sakini müəllimlər həmkarlar ittifaqı fəalı
Culfa sakini müəllimlər həmkarlar ittifaqı fəalı

Şərqi Azərbaycan Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü Əli Hacı 6 ay müddətinə xidmətdən müvəqqəti uzaqlaşdırılıb.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalı bu barədə xəbər yayıb.

Bu hökm onun sosial şəbəkələrdə dərc etdiyi bir neçə yazıdan sonra verilib.

Bu kanal Əli Hacının X sosial şəbəkəsində dərc etdiyi “Bütün İran xalqını həbs edin” yazısına görə bu cəzaya məhkum edildiyini yazıb.

Şərqi Azərbaycan Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü və culfa şəhərində sakin olan Əli Hacıya bu hökm Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar tərəfindən verilib.

HRA xəbər agentliyi bu müəllim haqqında yazıb ki, o,daha öncə də apardığı fəaliyyətlərinə görə mühakimə olunub.

Müəllimlər İranda bir çox dolanışıq və sinfi problemləri ilə üzləşən təbəqələrdəndir. Ölkədə bir çox müəllim dinc etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilib.

Forum

XS
SM
MD
LG