Tehran Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar tərəfindən azərbaycanlı müəllim Əli Hacıya qarşı yeni ittiham irəli sürülüb.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalının yaydığı məlumata görə, Tehran Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar Şərqi Azərbaycan vilayətinin Culfa şəhərindən olan müəllim Əli Hacıya qarşı yeni iş açıb və onu “ictimai rəyi çaşdırmaq”da ittiham edib.
Müəllim hüquqlarının müdafiəçisi Əli Hacı, Tehran Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalarının 1 saylı şöbəsi tərəfindən bildiriş alaraq, bu qurumda ona qarşı işin açılması barədə məlumatlandırılıb.
Bu xəbərə əsasən, Əli Hacı sosial mediakı fəaliyyəti səbəbilə bu ittihamla üzləşib.
Müəllimə göndərilən bildirişdə yazılanlara görə, ona qarşı ittiham irəli sürülməsinə səbəb kimi “Facebook, Instagram, Telegram virtual məkanında və Mənim Azərbaycan səhifəsində məzmun dərc etməsi" qeyd olunub.
Bu kollegiyanın qaydalarına görə, Əli Hacı 10 gün müddətində bu quruma yazılı şəkildə müdafiəsini təqdim etmək hüququna malikdir.
Həmin qurum yanvar ayında Şərqi Azərbaycan Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü olan Əli Hacını 6 ay müddətinə işdən kənarlaşdırıb. Sözü gedən qurum bu qərarı, müəllimlər həmkarlar ittifaqı fəalının öz X hesabında “Bütün İran xalqını həbs edin” cümləsini paylaşdıqdan sonra alınmışdı.
Əli Hacı əslən Culfadandır və 25 illik müəllim təcrübəsinə malikdir. O, keçmişdə də hökumət və sistemi tənqid etdiyinə, həmçinin müəllimlərin hüquqlarını müdafiə etdiyinə görə təzyiqlərə məruz qalıb.
İranda ictimai və siyasi fəallar sosial media platformalarında hökuməti tənqid edən məzmun paylaşdıqlarına görə, bir qayda olaraq, təzyiqlərə məruz qalırlar və onlara qarşı məhkəmə işi qaldırılaraq ifadə azadlıqları geniş şəkildə pozulur.
Forum