Müsavat partiyasının yeni başqanı seçilib
Your browser doesn’t support HTML5
Mayın 4-də Müsavat Partiyasının XI Qurultayı baş tutub. Qurultayda 300-dən çox nümayəndə iştirak edib. XI Qurultay partiyanın yeni başqanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK) və Məclisini seçib. Səsvermənin nəticələrinə görə, 275 səslə İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilib.