“Kanal 11” Internet Televiziyası "Toplum TV" və "Abzas Media" ilə həmrəy olduğunu bildirir, avtoritarizmə qarşı eyni cəbhədə mübarizə apardığını bəyan edib.
Televiziyanın bəyanatında deyilir ki, ötən ildən həm ictimai-siyasi fəallara, həm də jurnalistlərə qarşı aparılan repressiya dalğası Azərbaycan iqtidarının ölkədə mövcud olan sonuncu müstəqil səsləri belə məhv etmək planının tərkib hissəsidir.
“2012-2014-cü illərdə Azərbaycan iqtidarı tərəfindən aparılan repressiya dalğası göstərdi ki, nə qədər həbslər, təyziqlər, təqiblər, saxlanmalar olsa da, ölkədəki müstəqil səsləri məhv etmək mümkün olmayacaq. Bu repressiyalar qısa müddətli periodda hakimiyyətə sərf etmiş ola bilər. Amma tarix və yaxın keçmiş göstərir ki, müstəqil fikirlərin hökm sürdüyü cəmiyyətlərdə ölkədə müstəqil səsləri tamamilə boğmaq mümkün olmamışdır”, sənəddə qeyd edilir.
“Abzas Medis” intenet nəşrinin hazırda 6 əməkdaşı, Topluim TV-nin isə 4 əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. Onların 8 nəfəri həbsdədir.
Bununla yanaşı, Azərbaycanın hökumət rəsmiləri ölkədə fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəhbərləri insanların iradəsinə görə təqib edilmədiyini və qanunvericilik qarşısında bərabər olduğunu deyir. Eyni zamanda hüquq müdafiəçiləri hazırda ölkədə 288 nəfər siyasi məhbusun oldğunu bildirib. Azərbaycan beynəlxalq reytinqlərdə də qeyri-azad ölkələr sırasında yer alıb.
"Kanal 11" televiziyası 27 Avqust 2018-ci ildə fəaliyyətə başlayıb.
2023-cü il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Teymur Kərimov 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir. Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə həbs edildiyini bildirir.