Tehranın Evin həbsxanasında saxlanılan sənətkar və siyasi fəal Murtəza Pərvinin fevral ayının 24-də başlatdığı aclıq aksiyasına davam etdiyi bildirilir.
Cümə axşamı günü təqribən 50 mədəni fəal, şair, sənətkar və yazar birgə bəyanat yayımlayaraq Murtəza Pərvinə dəstək bildiriblər. Bəyanatda sənətkarların yerinin həbsxana olmadığı qeyd edilib.
Müraciətin mətni Güney Azərbaycan Televiziyası (Günaz TV) və Abbas Lisani Telegram kanalında dərc eilib.
Murtəza Pərvin Tehranda Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölmədə saxlanılır. O, fevralın 6-da Ərdəbil şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra həmin bölməyə köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi cümə axşamı günü yaydığı xəbərində siyasi məhbusun yaxınlarına istinad edərək onun səhhətinin yaxşı olmadığını qeyd edib.
SEE ALSO: Murtəza Pərvin aclığın 7-ci günündə Tehran həbsxanasının klinikasına aparılıbHüquq müdafiəçilərinin məlumatına görə, feral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Murtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Vədud Əsədi, Səid Minayi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.
SEE ALSO: Siyasi fəal Səid Minayi Tehran Evin həbsxanasının ümumi bölməsinə köçürülübSaxlanılan fəalların çoxu daha sonra ailələrinə telefon edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Fəalların bir neçəsi keçən günlərdə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.
Evin həbsxanasına köçürülən fəallardan Əbdüləziz Əzimi Qədimin də aclıq aksiyası keçirdiyinə dair məlumat yayılıb.