Accessibility links

Murtəza Pərvin aclığın 7-ci günündə Tehran həbsxanasının klinikasına aparılıb


Murtəza Pərvin, siyasi fəal
Murtəza Pərvin, siyasi fəal

Fevralın 24-də Tehranın Evin Həbsxanasında aclıq aksiyasına başlayan sənətkar və siyasi fəal Murtəza Pərvinin səhhətinin yaxşı olmadığı bildirilir. Siyasi məhbusun qardaşı onun cümə günü həbsxananın klinikasına aparıldığını söyləyib.

Murtəza Pərvin fevralın 6-da Ərdəbil şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra Tehrandakı Evin həbsxanasına köçürülüb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) yaydığı bir videoda fəalın qardaşı Muctaba Pərvin onun cümə günü aclıqdan dolayı huşunu itirib və həbsxananın klinikasına köçürüldüyünü deyir.

Hüquq müdafiəçilərinin məlumatına görə, feral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Murtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Vədud Əsədi, Səid Minayi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.

Saxlanılan fəalların çoxu daha sonra ailələrinə telefon edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər.

Evin həbsxanasına köçürülən fəallardan Əbdüləziz Əzimi Qədimin də aclıq aksiyası keçirdiyinə dair məlumat yayılıb.

Forum

XS
SM
MD
LG