Yanvarın 5-də Tərtər rayonunda (Bakıdan 322 kilometr qərb) mülki şəxs mina partlaması nəticəsində xəsarət alıb.
Bundan bir gün öncə yanvarın 4-də Tərtrər rayonunda daha bir mülki şəxs mina partlaması nəticəsində xəsarətlər almışdı.
Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran Tərtər şəhər sakini Azər Məmmədov sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Tərtər rayon Mərkəzi Xəstəxanasından Amerikanın Səsinə bildiriblər ki, minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından etibarən bu günədək 344 nəfər vətəndaş mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil olmaqla 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.