ABŞ səfirinin Yeni il təbiriki - ABŞ-la Azərbaycan arasında 32 illik dostluq əlaqələrinə töhfə verəcəm

Mark Libbi

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təbrik edib. Səfirin video formatda yayılan təbrikində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı və regionda sülh çağırışı var.

Səfir Libbinin müraciətində deyilir: “Mən cəmi bir neçə həftə bundan öncə Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Bu il mən Sizin ölkənizi daha yaxşı tanımaq niyyətindəyəm. Bunu Qobustana səfər etməklə başlamaqdan çox məmnunam. Bu, qədim daşüstü şəkilləri seyr edərkən mən Yallı rəqsi də daxil olmaqla min illər öncə burada, Cənubi Qafqazda həyatın necə olduğunu təsəvvürümə gətirirəm. Öncə heç bir zaman görmədiyim palçıq vulkanlarının görünüşü məni heyran etdi. Bayram günlərində və rəsmi andiçmə üçün yanvarın əvvəlində ABŞ-da olacam. Lakin 2024-cü ilin əvvəlində həyat yoldaşımla Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Yeni ildə mən ABŞ-ın Azərbaycandakı növbəti səfiri kimi dövlətlərimiz arasında 32 illik dostluq əlaqələrinə töhfə verməyə, habelə Azərbaycan dövləti ilə ABŞ-a fayda gətirən qarşılıqlı münasibətlərin gücləndirilməsi istiqamətində çalışmaq niyyətindəyim. Bu qədim məkan mənə insanların əbəbi olan daha dinc və firəvan dünyada yaşamaq arzusunu xatırladır. ABŞ-ın Azərbaycandakı səfirliyi adından sizə sivinc, sağlamlıq və uğur dolu Yeni il arazulayır və azərbaycanlıların Beynəlxalq Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm”, ABŞ səfirinin təbrikində deyilir.