ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyanın səfiri Fergus Auldla görüşüb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm,” səfir Mark Libbi vurğulayıb.
ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabın 2-də Bakıya gəlib.
Səfir Libbinin gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.
Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə dövlət katibinin köməkçisi O'Brayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAID və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.
Xatırladaq ki, ABŞ səfiri Mark Libbi dekabrın 2-də Azərbaycana gəlməsinə baxmayaraq, hələ də onun etimadnaməsi qəbul edilməyib.
Forum