Keçən həftə Bakıya səfər edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqların Vaşinqtonda davam etdirilməsinə hazır olduğunu bildirib. Diplomatik mənbələr Birləşmiş Ştatların yeni görüşün keçirilməsi üçün Azərbaycan və Ermənistana dəvət göndərdiyini bildirir. Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsi ilə söhbətdə növbəti görüşdən gözləntilərlə bağlı fikirlərini bölüşüb.
ABŞ-da Azərbaycan və Ermənistan rəsmilərinin görüşündən gözləntilər - Ələkbər Raufoğlu ilə söhbət
Your browser doesn’t support HTML5
ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqların Vaşinqtonda davam etdirilməsinə hazır olduğunu bildirib. Jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsi ilə söhbətdə növbəti görüşdən gözləntilər haqda danışıb.