“Azǝrbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) vǝ “Ödǝdiyini Açıqla” Koalisiyası ölkǝ ictimaiyyǝtinin, elǝcǝ dǝ, beynǝlxalq tǝşkilatların son hǝbslǝrlǝ bağlı narahatçılıqlarını bölüşür, hakimiyyǝti ölkǝdǝ ictimai fǝaliyyǝt vǝ media azadlıqlarına hörmǝtlǝ yanaşılmağa, Şura üzvü Əziz Orucovu, elǝcǝ dǝ, digǝr hǝbs edilǝn ictimai fǝalları azad etmǝyǝ çağırır”,
Bu barədə Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Milli Koalisiyasının Şura üzvü Əziz Orucovun hǝbsi ilǝ bağlı bəyanatında deyilir.
Noyabrın 28-də “Kanal 13” müstǝqil internet televiziya kanalının direktoru, eyni zamanda, Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Milli Koalisiyasının Şura üzvü Əziz Orucov barəsində Cinayǝt Mǝcǝllǝsinin 188.2-ci (torpaq üzǝrindǝ mülkiyyǝt, istifadǝ vǝ ya icarǝ hüququnu pozma) maddǝsi ilǝ 3 ay hǝbs qətimkan tǝdbiri seçilib.
“Əziz Orucov ittihamı rǝdd edǝrǝk hǝbsini media vǝ ictimai fǝaliyyǝti ilǝ ǝlaqǝlǝndirib. Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Milli Koalisiyası olaraq Şura üzvü Əziz Orucovun, eyni zamanda “Kanal 13” müstǝqil internet televiziya kanalının hǝbs edilǝn ǝmǝkdaşı Rüfǝt Muradlının hǝbsini pislǝyir vǝ bu hǝbsin onların müstǝqil vǝ tǝnqidi media fǝaliyyǝti ilǝ ǝlaqǝli olduğunu hesab edirik”, sənəddə qeyd edilir.
Koalissiya hesab edir ki, hakimiyyǝtin bu addımı Azǝrbaycan Konustitusiyasının 25-ci maddǝsinin vǝ ölkǝnin qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında ayrıseçkiliyin qadağan olunmasını tǝsbit edǝn 14-cü maddǝsinin tǝlǝblǝrinin kobud şǝkildǝ pozulmasıdır.
“Bakı vǝ Abşeron rgionu ǝrazisindǝ icra vǝ bǝlǝdiyyǝ orqanlarının razılığı ilǝ tǝqribi hesablamalara görǝ 500 mindǝn çox sǝnǝdsiz torpaq üzǝrindǝ evlǝr tikildiyi halda, mǝhz, Əziz Orucovun bu maddǝ ilǝ hǝbs edilmǝsi ciddi suallar doğurur vǝ bu fakt onun hǝbsinin ictimai fǝaliyyǝti ilǝ birbaşa ǝlaqǝli olduğu ehtimalını güçlǝndirmiş olur”, bəyanatda qeyd edilir.
Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Siyasi hakimiyyə tənqidləri qəbul etmir, qərəzli sayır.
Hüquq müdafiə təşkilatları hazırda ölkədə 250-dən çox şəxsi siyasi məhbus kimi tanıyır.