Accessibility links

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq edən polis orqandan uzaqlaşdırılıb


Azərbaycanda polisin uşağı döyməsi sosial şəbəkələrdə geniş tənqidlərlə qarşılanıb. Sosial şəbəkələrdə hadisəni əks etdirdiyi bildirilən video yayılıb. Həmin videoda polislər bir neçə şəxsi zorla avtomobilə mindirməsi əks olunur. Polislərdən biri aşyaşlı uşağın qarın nahiyyəsinə təpiklə zərbə endirir. Polis haqqında qanunvericliyin tələbinə görə polislər xüsusi vasitələrlə belə güc tətbiq edəndə insanın qarın nahiyyəsinə zərbə endirə bilməz.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində (Bakıdan 216 kilometr qərb) S.Ağayev sərxoş vəziyyətdə avtomobili idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

“Ağayev saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər. Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, Mətbuat xidməti bildirib.

Hüquq müdfiəçisi Rüfət Səfərov hesab edir ki, zor tərbiq edən polis əməkdaşlarına qarşı cinayət işi qaldırılmalıdır.

“12 yaşlı uşağı təpikləyən polis nəfəri daxili işlər orqanlarından xaric edilib. Azdır. Həmin polis əməkdaşı və digərləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Qəbələ Rayon Polis Şöbəsinin rəisi də ən azı polis orqanlarından xaric edilməlidir”, o Facebook səhifəsində qeyd edib.

Forum

XS
SM
MD
LG