Sosiloq Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə deyir ki, İranda türklərə qarşı assimilyasiya hansısa ultra-milliyyətçi qrupun təlqinləri ilə deyil, dövlətin institusional və sistemli siyasətləri ilə tətbiq olunur.
“İranda türkcəyə və türklərə qarşı olan assimilyasiya siyasəti və türkcənin gücsüzləşdirilməsi prosesindən danışarkən mən bunu qurumsal (institusional) olaraq və tarixi bir prosesin məhsulu olaraq görürəm,” Qarabağlı söyləyib.
Your browser doesn’t support HTML5
O, təhsil ocaqlarından qanunvericilik və hüquq-mühafizə orqanlarına qədər müxtəlif qurumların assimilyasiya sistemində rol oynadığını bildirib.
“Bütün dövlət qurumları məhkəməsi, qanunvericiliyi və konstitusiyası ilə bütün gücü fars dilinə verib və digər dilləri gücsüzləşdirir. Türk fəallar bu haqsızlığı sorğuladıqları zaman, yəni, məsələn sadəcə farscanın təhsil dili olmasını sorğulayıb və türkcə təhsil istədikləri zaman məkəmə sistemi işə düşür, kəşfiyyat sistemi işə düşür və o fəalları həbs edir,” sosiloq ifadə edib.
O, dövlətin sistemli və institusional assimilyasiya sisteminin “İranşəhri düşüncəsi”-nə endirməyin doğru olmadığını vurğulayır.
SEE ALSO: Məhəmməd Rəhmanifər: İrqçi ‘İranşəhri düşüncəsi’ İran hakimiyyəti tərəfindən dəstəklənirSon illər İran Azərbaycanında bəzi yerli siyasətçilər və milli fəallar böyük İran ideyasını təbliğ edən “İranşəhri düşüncəsi”-nin tərəfdarlarının hökümət orqanlarında nüfuzlu olduqlarını önə çəkirlər. Təbriz millət vəkili Əhməd Əlirza Beygi daha əvvəl İran rəsmilərinin Türkiyə və Azərbaycan Respublikasına qarşı açıqlamalarını tənqid edərək İran Xarici İşlər Nazirliyinin ‘İranşəhri düşüncəsi’ tərəfdarlarının təsirində qaldığını önə çəkmişdi.
Vahid Qarabağlının sözlərinə görə, “burada sistemli və qurumsal bir proses var. Əlində gücü var və bu gücü tətbiq edir. Dillərlə bağlı qanunlar keçirir və bəlli bir siyasəti təbliğ edir. Bunu İran sərhədlərindən də o tərəfə keçən və İranı böyük fars mədəniyyətinin təmsilçisi görən İranşəhri adında bir diskursa endirənlər var. Ancaq, İranşəhri düşüncəsi İrandakı bu milliyyətçi siyasətin söyləmlərindən sadəcə biridir.”
SEE ALSO: Vahid Qarabağlı: İranda qadınlar məcburi hicabı şəxsiyyət və kimliklərinə qarşı bir basqı mexanizmi olaraq görürlərO, əlavə edib ki, “Bütün məsələni İranşəhri düşüncəsinə endirmək orada olan qurumların sistem içindəki funksiyasını və konstitusiyada fars dilinin hakimliyini görməzdən gəlmək olar. Bütün o sistemi bir düşüncənin təbliğatçılarına endirmək məsələnin önəmini azaldır. Bu, sistemin kökdən dəyişməsinə gedən yolun qarşısında bir maneəyə çevirilə bilər.”