Şərqi Azərbaycan vilayətində zavod işçiləri piket keçirib

Mərənd

Şərqi Azərbaycanı vilayətinin Mərənd şəhərində Təkdanə zavodunun işçiləri əmək haqlarının artrırılması tələbi ilə aksiya mitinq təşkil ediblər.

Yarı-rəsmi Fars agentliyinin xəbərinə görə, meyvə suyu istehsal edən fabrikin işçiləri çərşənbə günü bir neçə saat işi buraxaraq piket keçiriblər.

İşçilər məşğulluq təsnifatının tətbiq edilməsi və maaşlarının artırılmasını tələb edirlər.

"İşçilər deyir ki, 50 nəfərdən çox işçisi olan fabriklərdə qanuna görə məşğulluq təsnifatının tətbiq edilməsi gərəklidir. Ancaq bu layihə hələ ki bizim şirkətdə həyata keçirilməyib," agentlik bildirib.

SEE ALSO: Qəzvində Tolypers şirkətinin işçiləri 4 aydır maaş almayıb

Aksiyanın başlamasının ardınca Mərəndin əmək və sosial rifah idarəsinin rəsmiləri Təkdanə şirkətinə gedərək işçilərin nümayəndələri ilə müzakirə ediblər.

Agentliyin məlumatına əsasən, əmək və sosial rifah idarəsinin rəsmilər işçiləri işə qayıtmağa razı salıblar.