İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Ramazan Şərif Urmiyə gölünün qurumasını tənqid edənlərə reaksiya verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçülərindən biri son açıqlamalarından birində Urmiyə gölünün quruması ilə bağlı tənqidləri "dalğa yaratmaq” istiqamətində aparıldığını və bu tənqidləri "İslam Respublikasının nüfuzunu sındırmaq və ölkə rəsmilərinin qabiliyyətlərini şübhə altına almaq" üçün gündəmə gətirildiyini hesab edib.
"Son 800 il ərzində dünyada Urmiyə gölü kimi bir neçə göl quruyub və bu iqlim dəyişiklikləri təkcə İrana xas deyil," o deyib.
Sepah-ın sözçüsü tənqidləri hakimiyyətin qabiliyyətlərini şübhə altına almaq məqsədilə bəyan edildiyini irəli sürüb.
O, ölkənin bənd tikintisi sahəsindəki imkanlarına da işarə edərək, ölkənin bənd tikintisində irəliləyiş əldə etdiyini iddia edib.
Mümkündür ki, Sepah sözçüsü bənd tikintisi məsələsində ölkənin imkanlarının artırılmasını vurğulaması gölə daxil olan çaylar üzərində tikilən bəndlərin sayının çox olması ilə bağlı tənqidlərə cavabdır. Çünkü həddindən artıq və qeyri-peşəkar bəndlərin tikilməsi hakimiyyəti Urmiyə gölünün qurumasında təqsirkar bilən tənqidçilər tərəfindən əsas səbəb kimi qaldırılır.
Hazırda Urmiyə gölünün suyunun son 60 ildə ən aşağı səviyyədə olduğu bildirilir. Bəzi mütəxəssislər hər hansı bir təcili tədbirin görülmədiyi halda, sentyabr ayında gölün tamamilə quruyacağını təxmin edirlər.
Bir çox yerli fəallar və müşahidəçilər Urmiyə gölünün qurumasına görə Tehrandakı mərkəzi hakimiyyəti fəaliyətsizlikdə və etinasızlıqda günahlandırır. Rəsmi Tehran isə iddiaları qəbul etmir və Urmiyə gölündə baş verənləri təbii fəlakət kimi qiymətləndirir.