Fuad Hüseynov: Bu ilin sonunadək Laçın şəhərinə 700 ailə köçürüləcək

Sabiq məcburi köçkünlər Laçın şəhərinə köçürülür (Mənbə: Qaçqınkom)

Avqustun 9-da daha 23 məcburi köçkün ailəsi (93 nəfər) öz dogma yurdlarına, Laçın şəhərinə köçürülüb.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, "işğala son qoyulduqdan sonra dövlət tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə" məskunlaşacaq.

Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.

Fuad Hüseynov (Arxiv foto. Mənbə: VOA)

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə deyib ki, 2023-cü ilin sonunadək Laçın şəhərinə 700-dək ailənin köçürülərək daimi məskunlaşdırlması nəzərdə tutulur.

“Bu proses mərhələli şəkildə davam etdirilir. Artıq 200-dən çox ailə köçürülüb. İrəlidəki həftələrdə Laçın rayonunun Zabux kəndinə də qayıdış başlayacaq. Artıq Zabux kəndinə köçürüləcək ilk 20 ailə arasında mənzillərin bölgüsünə dair püşkatma aparılıb,” o, qeyd edib.

Your browser doesn’t support HTML5

Fuad Hüseynov: Bu ilin sonunadək Laçın şəhərinə 700 ailə köçürüləcək

Hüseynov bildirib ki, bu ilin sonunadək Füzuli şəhərinə də məcburi köçkünlərin köçürülməsu davam etdirləcək.

“Artıq bir neçə gün öncə Füzuli şəhərinə ilk köçürüləcək 144 ailə arasında mənzillərin bölgüsünə dair püşkatma keçirilib.Həmçinin Şuşa şəhərinə ilkin köç planlaşdırlır. Bununla yanaşı, Laçın rayonunun Sus kəndinə də ilk köç planlaşdırlırç” o, qeyd edib.

Komitə sədrinin müavini Ağdam və digər azad edilmiş yaşayış yerlərinə məcburi köçkünlərin köçürülməsinin 2025-ci ildə başlayacağını bildirib.