Siyasi şərhçi və milli fəal Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətində deyir ki, İranda 2022-ci ilin sentyabr ayında başlanan etirazların ortaya çıxardığı vəziyyət Azərbaycan Milli Hərəkatına "yeni dəyərlər və yeni şüarlar qatıb, ancaq hərəkatın ana xəttində dəyişiklik yaşanmayıb".
2022-ci ilin sentyabr ayında İranda hökumət əleyhinə baş qaldıran geniş etirazların ardınca İran müxalifətindəki siyasi cərəyanlarda fəaliyyət metodu və bir-birləri ilə münasibətləri baxımından ciddi dəyişiklik və hətta transformasiya yaşandığı müşahidə edilir.
Your browser doesn’t support HTML5
Ancaq Məhsa Mehdi hesab edir ki, Azərbaycan Milli Hərəkatı bəzi yeni şüarlar mənimsəməklə birlikdə ana siyasi xəttini qoruyaraq yoluna davam edir.
"2022 sentyabrda başlanan etirazlar çox önəmlidir. Özəlliklə İranda qadının ikinci dərəcə insan sayıldığı həqiqətinin ortaya çıxması tərəfi ilə çox önəmlidir. Amma bunun nə qədər Güney Azərbaycan hərəkatına təsiri oldu sualına gələndə, mənə görə, bizim ana xəttimizdə dəyişiklik olmadı. Bizim prinsiplərimiz zatən bəllidir. İnsan haqları əsaslıdır və Güney Azərbaycanda və onun xaricində yaşayan türklərin haqları ilə əlaqəli bir hərəkatdır... Mən bu mənada ana xəttimizdə bir dəyişiklik görmürəm," Mehdili söyləyir.
SEE ALSO: İran Xalq Mücahidləri ilə bağlı yayılan bir bəyanat Azərbaycan Milli Hərəkatında mübahisələrə səbəb olubLakin o, eyni zamanda, etirazlardan sonra milli hərəkatda yeni dəyərlər və yeni şüarların müşahidə edildiyini əlavə edir.
"Ancaq, etirazlardan sonra milli hərəkatda yeni şeylər, yeni dəyərlər və ya gündəmin ehtiyaclarına görə yeni şüarlar gördük. Özəlliklə qadınlarla əlaqəli, yaşadığımız dönəm və gələcək üçün düşündüyümüz sistemlə əlaqəli şüarlar gördük. Bu da əslində müsbət mənada bizim ana dəyərlərimiz və prinsiplərimizə dəyər qatdı. Bir mənada da İranda yaşayan başqa millətlərlə rejimə qarşı bəzi ortaq hədəflər və sloqanlarda bir araya gələ biləcəyimiz, ortaq bəzi nöqtələrdə birlik göstərə biləcəyimizə dair də bəzi fürsətlər gördük. Bu milli hərəkatda da mənimsəndi."
Məhsa Mehdili müsahibədə həmçinin son vaxtlar İran Xalq Mücahidləri ilə əlaqədar verilən bir bəyanatın milli hərəkata mənsub qüvvələr arasında yarattığı mübahisələr haqqında öz fikirlərini açıqlayıb.
"Xaricdə təşkil olunmuş Güney Azərbaycana mənsub təşkilatların hamısının, aralarında heç bir fərq olmadan, içəridə nə qədər bazaları var və ya yoxdur bəlli deyil. Bu mövzuda ölçü olaraq nə bazalarının var olduğu iddia edilə bilər, nə də olmadığı. Bu təşkilatlar özlərinə prinsiplər müəyyənləşdrib və deyirlər ki, Güney Azərbaycan Milli Hərəkatına aidik. Amma bəzən də görürük ki, o prinsiplər və etik qaydalara uyğun olmurlar," siyasi şərhçi önə çəkir.
SEE ALSO: Mahmud Bilgin: İranda sentyabr 2022 etirazlarından sonra güney təşkilatlarında fəallıq artıbMəhsa Mehdili təhlükəli və ciddi düşünülməsi gərəkən mövzularda milli hərəkat adına qərar almağın doğru olmadığını vurğulayır.
"Xaricdə kadrlaşıb və Güney Azərbaycan Milli Hərəkatı və İrandakı türklərin vəziyyəti və ya hətta digər xalqların məzlumluğunu dünyada fərqli metodlarla çatdırmaq ki, bunun elmi sahəsi var, panelləri var və ya siyasi partiyalara və dövlətlərə çatdırmaq var, fərqli fəaliyyətlər var, bunlar siyasi fəaliyyətdir. Amma əgər misal üçün gəlib kiçik-kiçik qruplar təşkil edək və onlara böyük-böyük adlar qoyaq və biz haradan bu məşruiyyəti alırıq bu da bəlli olmaya, sonra gəlib milli hərəkatın adına çox incə və çox ciddi düşünülməsi gərəkən xüsuslarda təhlükəli addımlar ataq, məncə bir müddət sonra özümüz özümüzü kənarlaşdırmış olarıq," o bildirir.