Accessibility links

Məhsa Mehdili: İrandakı bahalıq Azərbaycan vilayətlərində dərindən hiss edilir


Məhsa Mehdili
Məhsa Mehdili

İranda dolların 4,200 tümənlik dövlət məzənnəsi və zəruri mallar üçün müəyyənləşdirilmiş subsidiyaların ləğvi nəticəsində qiymətlərin dramatik şəkildə artması geniş narazılığa səbəb olub. İran dövləti yeni dəyişiklikləri “iqtisadi cərrahlıq” adlandırır.

Məhsa Mehdili: İrandakı bahalıq Azərbaycan vilayətlərində dərindən hiss edilir
please wait

No media source currently available

0:00 0:12:27 0:00
Direct link

Amerikanın Səsinə danışan siyasi şərhçi Məhsa Mehdili dramatik şəkildə yüksələn inflyasiyanın İran Azərbaycanında dərindən hiss edildiyini ifadə edir.

İş o yerə yetirib ki, ehtiyaclar iyerarxiyasının səviyyəsinə baxdığımızda iş qidalanmada yəni, təməl ehtiyaclarda dayanıb.

Onun sözlərinə görə, İranda illərdir iqtisadi böhranlarla “əlbəyaxa olan orta və aşağı təbəqələr artıq ehtiyaclar iyerarxiyasının ən aşağı səviyyəsi olan qidalanma ehtiyaclarını belə qarşılaya bilmirlər”.

“Millət zatən illərdir böhran içindədir. Hökümətin siyasətlərinin kötəyini yeyir, bədəlini ödəyir. Bu durumda bir də hökümətin belə bir yanlış addımından sonra əlbəttə ki, evinə çörək belə götürə bilməyən insanlar artıq etiraza başlayacaqlar. Bəzən iqtisadi böhran bir yerə qədər toxunur. Məsələn, insanlar bəzi lükslərindən vaz keçir. Tətilə gedirdi, tətilə gedə bilmir. Yaxşı paltar geyirdi. Artıq geymir. İllərdir ki, İranda özəlliklə orta və aşağı təbəqə bunlara məcburən alışmışdı. Amma artıq iş o yerə yetirib ki, ehtiyaclar iyerarxiyasının səviyyəsinə baxdığımızda iş qidalanmada yəni, təməl ehtiyaclarda dayanıb. Yəni, azadlıq, demokratiya, lüks filan şeylərdən bəhs getmir. Təməl ehtiyaclardan bəhs gedir.”

Siyasi şərhçi İranın imkanları və iqtisadi infrastrukturlarının bu problemləri çözməyə əlverişli olmadığını ifadə edir.

Onun sözlərinə görə, “bu problemlər insanları tutub saxlamaqla, etirazları basdırmaqla həll olmaz. Çünki bıçaq sümüyə dayanıb artıq. Bu, bəlkə aclıq davaları içində bir müddət daha davam edər. Amma mən düzgün bir çözüm yarada biləcəklərini düşünmürəm. Çünki İranın iqtisadi imkanları və infrastrukturları buna müsaid deyil.”

Mehdili indiki vəziyyətin İran Azərbaycanında çox dərindən hiss edildiyini vurğulayır.

Milli hərəkatın indi bu məsələləri ələ almağa potensialı var. Buna zəmin də var. Biz öz dilimizdə, türk dilində və milli hərəkatın mənimsədiyi dəyərlər və xalqımızın hüdudları çərçivəsində onun səsi ola bilərik.

“Məsələn Azərbaycan və Bəluçistan mərkəzi bölgələrə görə və ya farsların əksəriyyətdə olduğu bəzi bölgələrə görə, daha geri saxlanılıblar. İqtisadi olaraq qəsdən ayrı-seçkilik tətbiq edilib. Yatırım olmayıb, iqtisadi infrastruktur yox edilib. Bu bir həqiqətdir. İndiki vəziyyət Güney Azərbaycanda necə hiss edilir? Dərindən hiss edilir. Ona görə, Güney Azərbaycan Milli Hərəkatı bu məsələnin üzərində çox durmalıdır. Niyə? Çünki bu şəkildə insanlara daha yaxından toxuna bilər,” o söyləyir.

“Milli hərəkatın indi bu məsələləri ələ almağa potensialı var. Buna zəmin də var. Biz öz dilimizdə, türk dilində və milli hərəkatın mənimsədiyi dəyərlər və xalqımızın hüdudları çərçivəsində onun səsi ola bilərik. Biz görürük ki, məsələn müxalifətdə olan farsdilli media, bəzən Azərbaycandakı etirazları həm sahiblənməyə çalışırlar, həm senzura edirlər həm də bizim millətin səsini basdırırlar. Ancaq bu səbəb deyil ki, biz susaq. Biz də öz dərdimizi uca səslə səsləndirməliyik. Xəttimizi bəlli etməliyik. Mən fikir edirəm ki, bir mərhələdəyik ki, artıq bunu edə bilərik,” Məhsa Mehdili əlavə edir.

XS
SM
MD
LG