Accessibility links

Mahmud Bilgin: İranda sentyabr 2022 etirazlarından sonra güney təşkilatlarında fəallıq artıb


Mahmud Bilgin
Mahmud Bilgin

Siyasi fəal və Güney Azərbaycan Demokrat Partiyasının nümayəndəsi Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə milli hərəkata mənsub siyasi təşkilatların son aylardakı fəaliyyətlərini şərh edib.

2022-ci ilin sentyabr ayında İranda hökümət əleyhinə baş qaldıran geniş etirazların ardınca ölkə daxilində və xaricdə fərqli siyasi cərəyanlar arasında əməkdaşlıq və ittifaqlaşma təşəbbüsləri artmağa başlayıb. Mahmud Bilgin həmin müddətdə milli hərəkata mənsub qüvvələr arasında da fəallığın artdığını ifadə edir.

Mahmud Bilgin: İranda sentyabr 2022 etirazlarından sonra güney təşkilatlarında fəallıq artıb
please wait

No media source currently available

0:00 0:14:25 0:00
Direct link

"Sentyabr 2022 etirazlarından sonra milli fəallarımız gördülər ki, siyasi rəqibləri daha çox təşkilatlanıb və daha təsirli işlər görüblər. Bu hissiyat o zaman yaranır ki, böyük qiyamlar başlayır və müxalifətdə rəhbərlik məsələsi gündəmə gəlir. Burada da təşkilatlanmağın vacibliyi ortaya çıxır ki, bizim milli hərəkatda bunun üzərində illərlə söhbətlər getsə də, müəyyən faəliyyətlər olsa da, yetərsiz olduğu göründü. Bu əsasda da bir gözlənti yarandı ki, nə etmək lazimdir?" Mahmud Bilgin söyləyir.

Onun sözlərinə görə, keçən illərdə güney təşkilatları arasında təşkil olunan geniş ittifaqlar uzun ömürlü olmayıb:

"Keçən illərdə güneyin 9 siyasi təşkilatı olaraq yaxınlaşıb və çalışdıq ki, bir cəbhə yaradaq öz içimizdə. Ancaq, təəssüflər olsun ki, çox irəli gedə bilmədik. İl yarım birlikdə ola bildik. Bir çox bəyanatlar verdik içəridə bir iki mitinq çağırışı oldu. Siyasi sahədə içəridə müəyyən təsirləri oldu amma yetərli deyildi."

O, əlavə edir ki, "Sentyabr 2022 etirazları ki başladı, göründü ki, xaricdə təşkilatmaq üçün əl daha açıqdır... Beləcə, yaxınlaşmalar sürətləndi və təşkilatlanmağa zəmin yarandı. Bu əsasdə mart ayında Brüsseldə bir yürüş oldu. Onun ardından aprel ayında Bakıda Güney Azərbaycan Koordinasiya Mərkəzi yarandı. May ayında Güney Azərbaycan qüvvələrinin Berlində bir mitinqi oldu. Ən son da İranda Millətlərin Demokratik İttifaqı adı ilə qeyri-fars miilətlərlə yaxınlaşma başladı."

Mahmud Bilginin işarə etdiyi İranda Millətlərin Demokratik İttifaqı İran Azərbaycanındakı milli hərəkata mənsub dörd təşkilat, eləcə də Qaşqay Eli, Türkmənsəhra, Bəluçistan və Əhvaz bölgələrində siyasi birliklərin iştirakı ilə təşkil olunub.

XS
SM
MD
LG