Accessibility links

Aslan Sultani: Brüssel və Berlin mitinqləri Milli Hərəkatın daxildəki soydaşlarımız və İran hökümətinə mesajı idi


Aslan Sultani
Aslan Sultani

Keçən mart ayında Brüsseldə keçirilən yürüşdən sonra Azərbaycan Milli Hərəkatına mənsub qruplar və təşkilatlar keçən şənbə günü İran Azərbaycanındakı 2006 May Qiyamının 17-ci ildönümü münasibəti ilə Almaniyanın Berlin şəhərində də "Azadlıq, Ədalət, Milli Hökümət" adı altında yürüş təşkil ediblər.

Berlin və Brüssel mitinqlərinin təşkilində fəaliyyət göstərmiş siyasi fəal Aslan Sultani Amerikanın Səsinə müsahibədə Avropada fəaliyyət göstərən milli hərəkata mənsub qüvvələrin son aylardakı fəallığını şərh edib.

Aslan Sultani: Brüssel və Berlin mitinqləri Milli Hərəkatın daxildəki soydaşlarımız və İran hökümətinə mesajı idi
please wait

No media source currently available

0:00 0:13:57 0:00
Direct link

Sosial mediada paylaşılan görüntürlərə əsasən, İran Azərbaycanından olan mühacirlərdən əlavə, Türkiyə və Azərbaycan Respublikası, habelə Qaşqay Eli və İranın digər bölgələrindən olan türk icmalarına mənsub bir çox insan Berlinin Unter den Linden Bulvarında təşkil olunan yürüşə qatılıblar. Görüntülərdə iştirakçıların əllərində bəzi güney təşkilatlarının "Güney Azərbaycanın milli mücadilə bayrağı" kimi qəbul etdiyi bayraqlar, habelə Azərbaycan bayrağı və İran türkmənləri və Qaşqay türklərini təmsil edən bayraqların nümayiş etdirildiyi görünür.

Aslan Sultani Berlin yürüşünün uğurlu keçirildiyini deyir: "Həm Brüssel həm də Berlin mitinqləri çox başarılı bitmişdir. Bizə qarşı olan qüvvələr və siyasi cərəyanlara, eləcə də İslam Respublikasına bir mesaj idi ki, türklərin varlığını ciddiyə almaları lazimdir."

Berlində "Azadlıq, Ədalət, Milli Hökümət" yürüşü - 20 may 2023
Berlində "Azadlıq, Ədalət, Milli Hökümət" yürüşü - 20 may 2023

Siyasi fəal Brüssel və Berlində keçirilən mitinqlərin əsas hədəfinin ölkə daxilinə mesaj göndərmək olduğunu ifadə edir.

"Mən düşünürəm ki, bu mitinqlərin əsas hədəfi və hədəf kütləsi içəridə olan millətimiz və aktivistlərimizdir. Düşünürəm ki, mən Təbrizdə olsaydım və görsəydim ki, Berlində, Brüsseldə və Avropanın başqa böyük şəhərlərində min nəfər, iki min nəfər, 500 nəfər toplaşır, fərq etmir neçə nəfər, önəmli olan bunun arxasındakı düşüncə, koordinasiya və təşkilatçılıqdır. Mən Təbrizdən bunu izləsəydim, öz türklüyümə, öz vətənimə, Azərbaycana, Güney Azərbaycan məsələsinə daha həssas yanaşardım. Çünki, görərdim ki, mənim səsimi Avropada dostlarım və soydaşlarım dünyaya çatdırır," siyasi fəal söyləyir.

Sultani Berlin mitinqinin 2006 May Qiyamı münasibəti ilə keçirildiyinə diqqət çəkərək deyir ki, "qiyamın baş verdiyi günlərdən bəri artıq Azərbaycanda daşların yeri ondan əvvəlki dönəmlərə bənzəməyən bir şəkildə dəyişməyə başladı. 17 il o tarixdən keçib və böyük bir yol qət edilib. Kütlənin böyük kəsimləri Azərbaycan məsələsi ilə, türklük məsələsi ilə və öz əzilmiş haqları ilə tanış olublar və bu elə həmin May Qiyamının təsirlərindən sayılır. 17 il sonra may qiyamının ildönümü birinci dəfə olaraq Avropada çox təntənəli qeyd edildi."

XS
SM
MD
LG